ƏMƏKDAŞLAR

Direktor: 
s.ü.f.d. Məmmədova Lalə  Hamlet qızı
Əlaqə telefonu:
+(994)12 564-37-89
e-mail: lala.mammadova@
unec.edu.az

Maliyyə və mühasibat fakültəsi

UNEC Dizayn Məktəbi haqqında

 

UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ 172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ 173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixindən ləğv edilmiş “Dizayn” kafedrasının bazasında UNEC Dizayn məktəbi yaradılmışdır.

Dizayn ixtisası üzrə təhsil pillələrində tələbələr peşəkar yaradıcı fəaliyyət üçün vacib olan bir sıra biliklərlə təmin edilir. Bu biliklər əsasında gələcək mütəxəssislərdə keyfiyyətli və yüksək bədiiliyə malik dizayn işlərinin rəqabətə davamlılığına zəmin yaradan bacarıq, vərdişlər sistemi formalaşdırılır. Həmçinin, bu onların peşəkar fəaliyyətlərinə yaradıcı nöqteyi-nəzərindən yanaşmalarına da şərait yaradır. 

Dizayn – zamanın tələblərinə cavab verən məmulatların erqonomiklik, funksionallıq, zahiri görünüşünə gözəllik kimi xüsusiyyətlərin verilməsi yolu ilə kütləvi istehlak cəmiyyətində sənayenin və bazarın qarşılıqlı bağlılığının idarə edilməsi sistemidir, marketinqin, istehlakçı və istehsalçı arasında kütləvi kommunikasiyanın bir formasıdır. Müasir dünyada dizayn, onun mürəkkəb daxili strukturu və cəmiyyətdəki bir sıra funksiyaları dünya mədəniyyətinin hərtərəfli və çox ölçülü fenomeninə çevrilmişdir.

Dizayner dövrümüzün müasir peşələrindən biri sayılır və bu ixtisas çox profilli mütəxəssis hazırlığı ilə məşğul olur. Təhsil zamanı tələbələr dizayn tarixinin, incəsənət və mеmarlıq tarixinin dövri, məhəlli xüsusiyyətləri, üslublar, tanınmış mеmarlar və оnların dəyərli əsərləri haqqında bilgilərə malik olur, bədii-sənaye istehsal məmulatlarının, poliqrafiya, geyim, nəqliyyat vasitələrinin tərtibat həllərini və müxtəlif mühit оbyеktlərinin qrafiki təsvirini vеrməyi, şəhərin, mеmarlıq, landşaft оbyеktlərinin və mühit avadanlıqlarının layihə – qrafik sənədlərini hazırlamağı, cizgilərin tərtibat qaydalarını, dizayn materiallarını, onların müvafiq standart və işlədilmə normalarını bilməli və bədii – еstеtik aspektdən tətbiqini bacarırlar. Məzunlar fabriklərdə, moda evlərində, reklam agentliklərində və s. işləyə, müstəqil şəkildə fəaliyyət göstərə bilərlər.

Dizayn ixtisası üzrə tədris azərbaycan və rus dillərində aparılır.

Главный корпус

101000, г. Москва, ул. Мясницкая, д. 20

Справочная:
+ 7 495 771-32-32

Карта зданий

Приемная комиссия

+ 7 495 771-32-42
[email protected]

Пресс-служба ВШЭ

+7 495 628-55-98
+7 495 621-78-73
[email protected]

Условия использования материалов

 

Səhv tapdız?